Mərkəz haqqında

Əsas səhifə (home) > Mərkəz haqqında > Mərkəz haqqında

İKT LAB – ÖYRƏN VƏ TƏTBİQ ET


● Ünvan : Şərifzadə küçəsi 75

● Poçt indeksi: AZ 1138

● Telefon: (012) 505 01 13
                 (077) 505 01 13

● E-mail: info@iktlab.az

● Sayt: www.iktlab.az

● Mərkəzin fəaliyyəti, görülən işlər və imkanlar barəsində daha geniş məlumatı aşağıdakı keçid linkindən broşuru yükləməklə əldə edə bilərsiz:

Mərkəz haqqında məlumat

Missiya, məqsəd və dəyərlərimiz:

Missiyamız sürətlə dəyişən texnologiyalar dövründə İnformasiya-Kommunikasiya Texnologiyalarından (İKT) səmərəli istifadəni insanlara öyrətmək və bütün fəaliyyət sahələrində texnologiyaların geniş tətbiqinə nail olmaqdır. Məqsədimiz əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin, biznes və sahibkarlıq subyektlərinin İKT-dən istifadə üzrə hazırlıqlarının və elektron idarəçilik bacarıqlarının inkişaf etdirilməsi, İKT sahəsi üzrə mütəxəssislərin peşəkar səviyyəsinin artırılması və İKT-nin tətbiqi üzrə layihələrin həyata keçirilməsidir. Məqsədimiz yalnız öyrətmək deyil, eyni zamanda öyrənilən biliklərin tətbiqini tədris və təbliğ etməkdir. Bu yolla insanların həyatında İKT-nin səmərəli tətbiqinə və biznesin rəqəmli transformasiyasına dəstək veriləcəkdir. Mərkəzin əsas məqsədi bilik və təcrübəni yalnız Bakı şəhərində deyil, geniş regional mərkəzlər şəbəkəsi vasitəsilə bütün ölkə üzrə təqdim etməkdir. Missiya və məqsədimizə nail olmaq üçün aşağıdakı dəyərləri özümüzə əsas götürmüşük:

  • Peşəkarların, innovatorların və yenilikçi adamların çalışdığı bir məkan olaraq, öz bilik və təcrübəmizi insanlarla paylaşmaq və qazanılan biliyi real həyatda dəyərə çevirməkdə onlara kömək etmək.
  • Bir çox real tədris laboratoriyalarımız əsasında həqiqi İKT LAB kimi fəaliyyət göstərməklə təcrübə, təhsil və tətbiq ünvanı olmaq.
  • Öz imkanlarını dövlət, biznes və vətəndaşlar üçün açıq etməklə dövlət, özəl və vətəndaş cəmiyyəti tərəfdaşlığına töhvə vermək.

Tariximiz:

2013-cü il 18 aprel tarixində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Koreya Respublikasının Xarici İşlər Nazirliyi arasında imzalanmış Qrant Razılaşmasına əsasən KOİCA təşkilatının investisiyası ilə "Elektron Hökumət Təlim-Tədris Mərkəzi"-nin yaradılması layihəsinə start verilmiş və 2015-ci ildə layihə uğurla yekunlaşdırılaraq eyni adlı Mərkəzin əsası qoyulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli 389 saylı Qərarı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" MMC yaradılmışdır. Nazirlər Kabinetinin 12 iyul 2018-ci il tarixli 292 nömrəli digər Qərarı ilə “Elektron Hökumət Təlim Tədris Mərkəzi” MMC-nin adı dəyişdirilərək “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi müəyyən edilmişdir.


Fəaliyyətimiz:


Mərkəz İKT və digər sahələr üzrə peşəkar təlimlərin keçirilməsi, əhalinin rəqəmsal maarifləndirilməsi üzrə layihələrin təşkili və İKT-nin bütün sahələrdə geniş tətbiqi üzrə xidmətlərin təqdim edilməsi istiqamətlərində fəaliyyət göstərir. Mərkəzin mənzil qərargahı Bakı şəhərində yerləşir, o cümlədən ölkə üzrə 17 regionda cəmi 19 mərkəz (Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Qusar, Şəki, Ağdaş və Cəlilabad) fəaliyyət göstərir. Bütün mərkəzlər haqqında sağ paneldə olan sürətli keçid linkləri vasitəsilə məlumat ala bilərsiz. Mərkəz müasir texnologiyalar ilə təmin edilmiş tədris infrastrukturuna malikdir. Mərkəzdə HD multimedia studiyası, “Cisco” şəbəkə laboratoriyası, innovasiyalar üzrə Micrsosoft laboratoriya, sistem inzibatçılığı, qrafika və dizayn üzrə kompüter laboratoriyaları və Pearson VUE beynəlxalq kompüter imtahan mərkəzi fəaliyyət göstərir. Mərkəzdə yalnız sinif təlimləri deyil, Onlayn Təhsil Portalı (www.e-training.az) vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant və onlayn təlimlər keçirilir.


Xidmətlər:


  • Əhali, dövlət qulluqçuları və dövlət müəssisələrinin əməkdaşları üçün informasiya texnologiyaları və elektron idarəçilik üzrə təlimlərin təşkili;
  • İnsan resurslarının davamlı inkişafının təmin olunması məqsədilə təlim-tədrisin təşkili;
  • "Elektron hökumət” həllərinin tətbiqinə, “elektron hökumət” xidmətlərinin təkmilləşdirilməsinə dəstək verilməsi və əhalinin maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması;
  • İnformasiya cəmiyyəti, “elektron hökumət” və elektron idarəçilik sahəsi üzrə təlim-tədris işləri ilə məşğul olan təşkilatlar və şəxslər ilə qarşılıqlı əməkdaşlığın qurulması və təbliğat xarakterli layihələrin həyata keçirilməsi;
  • Əhalinin informasiya texnologiyalarından təhlükəsiz istifadə mədəniyyətinin yüksəldilməsi üçün təlimlərin təşkili;
  • Audio, video, multimedia işinin təşkili, idarə olunması və Mərkəzin HD standartlı video-studiyası vasitəsilə multimedia xidmətlərin təşkili.