Elanlar

Əsas səhifə (home) > Elanlar
list
Gənclər üçün Elektron Hökumət müsabiqəsinə start verildi. 13.11.2017 17:41:00
“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilir.

Noyabrın 10-da “Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilib.

Müsabiqənin əsas məqsədi gənclər arasında elektron hökumət həllərindən istifadənin təşviq edilməsi və elektron hökumət üzrə
gənclərin maarifləndirilməsidir. Müsabiqə “Elektron hökumət” portalını – www.e-gov.az gənclərin geniş auditoriyasına tanıtmağa və
gənclərin elektron hökumət həllərindən istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə 4 nominasiya üzrə keçirilir.
• “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı hüquqi şəxs;
• “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı fiziki şəxs;
• Regionda yaşayan gənclər arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat;
• Dövlət xidmətlərinin elektronlaşdırılması və www.e-gov.az – “Elektron hökumət” portalının inkişafı üzrə ən yaxşı təklif nominasiyası;

Müsabiqə üzrə sənədlərin qəbulu dekabrın 20-nə qədər davam etdiriləcək.

Müsabiqə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan
Respublikası Prezidenti yanında Gənclər Fondu, bir sıra aparıcı gənclər təşkilatları tərəfindən dəstəklənir. Müsabiqə Elektron Hökumət
Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Dekabrın 26-da keçiriləcək “Gənclər üçün
Elektron Hökumət” konfransında müsabiqənin qalibləri elan ediləcək və təşkilatçı qurumların qiymətli hədiyyələri ilə təltif ediləcəklər.



Fayl 20171113173823_gencler_ucun_elektron_hokumet_musabiqesi.png