Elanlar

Əsas səhifə (home) > Elanlar
list
Layihələrin idarə edilməsi üzrə təlimlərə start verilir! 11.06.2018 18:39:20
Mərkəzimin Layihələrin idarə edilməsi üzrə təlimlərə start verir.

Hazırki dövrdə işinizin müntəzəm vəzifələrindən başqa sizdən çox vaxt əlavə tapşırıqların yerinə yetirilməsi də gözlənilir. Təbii ki, siz bu
işləri vaxtında yerinə yetirməli və şirkətin xərclərini aşmamalısınız.

Bu təlimdə sizinlə layihə idarəçiliyində prioritetlərin qurulmasından işlərin planlaşdırılmasına, xərclərin nəzarətindən nəticələrin
hesabatına qədər bir çox mövzu haqqında danışacaq və praktiki çalışmalar edəcəyik. Gözlənilməz hallara daha hazırlıqlı olacaq və
layihələrinizi uğurla icra edə biləcəksiniz.

Təlim PMP - Project Management Professional proqramına uyğun keçirilir.

Təlimdə keçiriləcək mövzular:
• Layihələrin idarəetmə strukturu
• Təşkilati təsir
• Layihənin dövrü
• Layihələrin idarəetmə prosesləri
• Layihə inteqrasiyasının idarə edilməsi
• Layihənin əhatə dairəsinin idarə edilməsi
• Layihə vaxtının idarə edilməsi
• Layihə dəyərinin idarə edilməsi
• Layihə keyfiyyətinin idarə edilməsi
• Layihənin insan resurslarının idarə edilməsi
• Layihə əlaqəsinin idarə edilməsi
• Layihə risklərinin idarə edilməsi
• Layihə tədarükünün idarə edilməsi
• Layihənin maraqlı tərəflərinin idarə edilməsi

Təlimin müddəti:
- 2 ay (18 dərs)
- həftədə 2 dəfə, 2 saat

Təlimin qiyməti:
- 200 azn (adi qiymət)
- 175 azn (güzəştli qiymət)

Qeyd: Güzəştli qiymətlər yalnız tələbələrə, rabitə işçiləri, dövlət qulluqçuları və onların övladlarına şamil olunur.

Ətraflı məlumat, qeydiyyat üçün mərkəzimizə yaxınlaşa və ya aşağıdakı əlaqə vasitələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz:
info@e-training.az
(012) 505 01 13; (077) 505 01 13


Fayl 20180323151805_lsyihe_site.png