Elanlar

Əsas səhifə (home) > Elanlar
list
Kompüter dizaynı və qrafikası üzrə yeni təlimlərə start verilir! 11.12.2017 19:04:44
Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən əhaliyə göstərilən İKT təlimlərinin sayı artırılır. Mərkəzdə kompüter dizaynı və
qrafikası üzrə təlimlərə start verilir.

Mərkəzdə kompüter dizaynı və qrafikasının müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təlimlər keçiriləcək. Dizayn və qrafika, animasiya və video proqramları üzrə peşəkar təlimlərə aşağıdakı proqramların öyrənilməsi daxildir:

- Adobe Photoshop
- Corel Draw
- Adobe Illustrator
- Adobe InDesign
- Adobe Premiere
- Adobe AfterEffects


- AutoDesk Maya
- AutoDesk AutoCad
- AutoDesk 3dsMax

Təlimlərin müddəti:

Hər bir proqram üzrə təlim həftədə 2 dəfə və hər dərs 2 saat olmaqla 2 ay müddətində davam edir.

Qiymətlər (aylıq):

- Adobe Photoshop – 120 azn, 100 azn (güzəştli)
- Adobe Illustrator – 120 azn, 100 azn (güzəştli)
- Adobe InDesign – 120 azn, 100 azn (güzəştli)
- Adobe Premiere – 120 azn, 100 (güzəştli)
- Adobe AfterEffects – 120 azn, 100 azn (güzəştli)
- Corel Draw – 120 azn, 100 azn (güzəştli)
- AutoDesk Maya – 150 azn, 120 azn (güzəştli)
- AutoDesk AutoCad – 150 azn, 120 azn (güzəştli)
- AutoDesk 3dsMax – 150 azn, 120 azn (güzəştli)

QEYD: Güzəştli qiymətlər yalnız tələbələrə, rabitə işçiləri və övladlarına, dövlət qulluqçuları və övladlarına şamil olunur.

Dizayn və qrafika sahəsində öz karyerasını qurmaq istəyən şəxslər Mərkəzin təlimlərinə qatılmaqla, öz biliklərini artıra və təlimləri
uğurla bitirdikləri təqdirdə sertifikata sahib ola biləcəklər.

Təlimlər haqqında ətraflı məlumat almaq və təlimlərə qeydiyyat üçün aşağıdakı vasitələrlə əlaqə saxlamağınız xahiş olunur:

Ətraflı məlumat və qeydiyyat üçün mərkəzimizə yaxınlaşa və ya aşağıdakı əlaqə vasitələri ilə bizimlə əlaqə
saxlaya bilərsiniz:
info@e-training.az
(012) 505 01 13; (077) 505 01 13



Fayl 20170221183013_dizayn_ve_qrafika.png